SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » SABİQ NAZİRİN QARDAŞININ MƏHKƏMƏSİ BAŞLAYIR – Hədə-qorxu ilə tələb etmədə ittiham olunur

SABİQ NAZİRİN QARDAŞININ MƏHKƏMƏSİ BAŞLAYIR – Hədə-qorxu ilə tələb etmədə ittiham olunur

Tarix:

29-11-2018, 12:44

/ 1 513 dəfə oxundu.
SABİQ NAZİRİN QARDAŞININ MƏHKƏMƏSİ BAŞLAYIR – Hədə-qorxu ilə tələb etmədə ittiham olunur

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədov bu yaxınlarda həbs edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Əvəz Əhmədov uzun illər Naxçıvanda xüsusi xidmət orqanlarında çalışıb, polkovnik rütbəsində təqaüdə çıxıb. Xidmətdən ayrıldıqdan sonra Bakıya köçərək burda biznes fəaliyyəti ilə məşğul olurdu.

“AzPolitika” xatırladır ki, sabiq nazir Əhməd Əhmədovun özü də Naxçıvanda nəzarət altında saxlanılır. Bir neçə gün əvvəl onun Sədərək gömrüyü vasitəsilə Türkiyəyə getmək cəhdinin qarşısı alınmışdı.

Şərhlər

XƏBƏR LENTİ