SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cahangir Hacıyevdən Samir Şərifova qara piar: nazir bankirin media emissarlarını tapıb

Cahangir Hacıyevdən Samir Şərifova qara piar: nazir bankirin media emissarlarını tapıb

Tarix:

18-01-2017, 00:18

/ 1 773 dəfə oxundu.
Cahangir Hacıyevdən Samir Şərifova qara piar: nazir bankirin media emissarlarını tapıb

Azərbaycan Beynəxalq Bankın həbsdəki sədri maliyyə naziri əleyhinə qara piar kampaniyasına başlayıb

Bu barədə qtidardakı qaynaqlardan əldə etdiyimzi xəbərə görə, Cahangir Hacıyev Samir Şərifovla bağlı mətbuatdakı emissarlarına kompromat materiallar sızdırır.

Məhbus bankirin Qərb mətbuatına da informasiyalar ötürdüyü bildirilir. Mənbə qeyd edir ki, C.Hacıyev məhkəmə çıxışlarından başlayaraq S.Şərifova ittihamlar səsləndirib.
Bu ittihamların nəticəsiz qaldığını görən dustaq bankir mətbuatda qara piar işinə start verib. Məqsəd maliyyə nazirinin ölkə rəhbərliyi qarşısında etimadını və nüfuzunu heçə endirməkdir.

Bildirilir ki, C.Hacıyevin mediadakı bəzi emissarları bu kampaniyanı genişləndirir, elektron və çap mediasında yazılar tirajlayır, guya bu xəbərlərin hansısa mərkəzdən gələn sifariş yox, jurnalist araşdırması olduğunu təqdim etməyə çalışır.

Mənbə qeyd edib ki, maliyyə naziri artıq təftişə başlayıb və Cahangir Hacıyevə xidmət edən həmin mətbu orqanların siyahısını, yazarların kimliyini əldə edib.

Bildirilir ki, yaxın vaxtlarda maliyyə naziri ilə bəzi mətbu orqanlar arasında hüquqi müstəvidə çəkişmə başlanacaq. Maliyyə Nazirliyinin hüquq şöbəsi həmin mətbu orqanları məhkəməyə verməyə hazırlaşır.

S.Şərifovun şərəf-ləyaqətini alçaldan, nazir nüfuzunu xələl gətirən iddiaları ilə məhkəməyə müraciət olunacaq. Həmin materiallar dosye halında toplanıb və məhkəməyə vəsatət şəklində maddi sübuit kimi təqdim ediləcək.

Bilgiləndirən qaynağın sözlərinə görə, nazirlə bankirin qarşıdurmasında bəzi mətbuat orqanları özlərini alətə çevirib.

İddialara görə, C.Hacıyev həmin media qruplarına müəyyən qədər maliyyə dəstəyi də verir. S.Şərifov ona qarşı aparılan bu kampaniyanın bütün detallarını öyrənib və hüquqi mübarizəyə başlayacaq.

Məlumatlara görə, Cahangir Hacıyevin indi fəallaşması və yalnız Samir Şərifovu hədəf seçməsi təsadüfi deyil. Doğrudur, bankirlə nazir arasında ziddiyyətlər həmişə olub. Cahangir Hacıyevin həbsində də bu ziddiyyətlər də mühüm rol oynayıb.

Amma bildirilir ki, C.Hacıyev susmayacaq, əksinə, ona “dil verən” qudası Eldar Mahmudovun təlimatı ilə növbəti məhkəmə proseslərində də maliyyə naziri barədə iddialar irəli sürəcək.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.

Şərhlər

XƏBƏR LENTİ