SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Atadan icazəsiz ərə verilən 14 yaşlı qız hamilədir - İDDİA

Atadan icazəsiz ərə verilən 14 yaşlı qız hamilədir - İDDİA

Tarix:

27-06-2018, 16:35

/ 1 915 dəfə oxundu.
Atadan icazəsiz ərə verilən 14 yaşlı qız hamilədir - İDDİA

14 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır.

Bunu Oxu.Az-a açıqlamasında qızın atası Mirtəmən Sadıqov deyib.

O bildirib ki, məsələ barədə bu gün Xəzər Rayon Polis İdarəsinə çağırılıb:

“Mən bir ata kimi öz şikayətimi etdim. Keçmiş həyat yoldaşım və qızımdan izahat alındı. Məsələ barədə araşdırma aparılacaq”.

14 yaşlı qızın atası iddia edib ki, qızı iki aylıq hamilədir:

“Tanışlarımızdan mənə dedilər ki, qızım artıq iki aylıq hamilədir. Anası və qızı boynuna almadı. Ekspertizanın nəticəsi bilinən zaman mənə məlumat veriləcək”.

11:45

Lerik rayon sakini Mirtəmən Sadıqov boşandığı həyat yoldaşının 14 yaşlı qızını ərə verməsi ilə bağlı müraciət edib.

“Kanal 1 Az” internet televiziyasına istinadla xəbər veririk ki, rayon sakini hüquq-mühafizə orqanlarından bu məsələyə münasibət bildirməsini istəyib:

“Yetkinlik yaşına çatmayan qızımı anası ərə verir. Məsələnin həlli üçün dövlətdən kömək istəyirəm. Mən qızımın toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam”.

Ailə Lerik rayonundan Bakıya köçdükdən bir müddət sonra boşanıb.

Şərhlər

XƏBƏR LENTİ