SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ölkədən 3 aylıq çıxış izni istəyirdi... - "Rabitə işi"...

Ölkədən 3 aylıq çıxış izni istəyirdi... - "Rabitə işi"...

Tarix:

9-04-2018, 12:06

/ 1 709 dəfə oxundu.
Ölkədən 3 aylıq çıxış izni istəyirdi... - "Rabitə işi"...

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi"ndə təqsirləndirilən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, N.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, N.Məmmədov Nərimanov Rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəyib. Lakin məhkəmə onun ərizəsini təmin etməyib. Həmin qərardan narazı qalan N.Məmmədov apellyasiya şikayəti verib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov və digərləri 2015-ci ildə həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və N.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. N.Məmmədovun barəsində isə şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ