SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » 17 yaşlı Rəhim məhkəməyə gətirilmədi

17 yaşlı Rəhim məhkəməyə gətirilmədi

Tarix:

27-02-2018, 15:41

/ 1 377 dəfə oxundu.
17 yaşlı Rəhim məhkəməyə gətirilmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilməli idi.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə bugünkü iclas saat 15:30-a təyin edilib.

R.Rəhimov isə məhkəməyə gətirilməyib. 1 saylı Bakı İstintaq Təcridxanası məktub göndərərək onun xəstə olduğunu və buna görə də buraxılmadığı qeyd edilib.

Şərhlər

XƏBƏR LENTİ