SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə gəldi - idmançıdan 210 min manat istəyir

Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə gəldi - idmançıdan 210 min manat istəyir

Tarix:

26-01-2018, 12:59

/ 1 388 dəfə oxundu.
Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə gəldi - idmançıdan 210 min manat istəyir

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi başlayıb.

İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Məlumata görə, sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.
Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.
Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.
Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyib. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.
Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Şərhlər

XƏBƏR LENTİ