SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ramin Quluzadənin nəqliyyat üzrə müavini kim olacaq?

Ramin Quluzadənin nəqliyyat üzrə müavini kim olacaq?

Tarix:

14-02-2017, 15:31

/ 4 067 dəfə oxundu.
Ramin Quluzadənin nəqliyyat üzrə müavini kim olacaq?

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb

Verilən sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri birləşdirilib.

Prezidentin bu sərəncamı ilə 2002-ci ildən bu yana nəqliyyat naziri postunu tutan Ziya Məmmədov da öz postunu itirib.

Prezidentin digər sərəncamı ilə isə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Hazırda hamı üçün maraqlı olan məsələlərdən biri isə Ramin Quluzadənin nəqliyyat üzrə müavininin kim olacağıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumata görə, bu posta Ziya Məmmədovun birinci müavini olmuş Musa Pənahovun təyinat alacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ