Müdafiə Nazirliyinin rəhbər heyəti “Dubai Airshow 2023” sərgisində iştirak edir - FOTO

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
“ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.