Eldar Mahmudova cinayət işi açılması haqda - Qərar verildi

Eldar Mahmudova cinayət işi açılması haqda - Qərar verildi Sabiq Milli təhlküəsizlik naziri Eldar Mahmudov barəsində cinayət işi açılması üçün qərar qəbul edilib.

Qərar Bakı Hərbi Məhkəməsinin hakimləri tərəfindən qəbul edilib.

Belə ki, bu gün məhkəmədə MTN polkovniki Vüsal Ələkbərov barəsində hökm elan edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən polkovnikin keçmiş rəhbəri, general Mövlam Şıxəliyev və sabiq nazir Eldar Mahmudov barəsində də cinayət işi açılması haqda qərar qəbul edilib. Qərar icra olunması üçün prokurorluq orqanına göndəriləcək.

M.Şıxəliyev nazirlikdə İstintaq İdarəsinin rəisi, V.Ələkbərov isə istintaq şöbəsinin rəisi olub..
Geri qayıt