Vasif Talıbovdan daha bir dəyişiklik - Qərar hələlik rəsmən elan olunmayıb

Vasif Talıbovdan daha bir dəyişiklik - Qərar hələlik rəsmən elan olunmayıb Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Əsgər İsmayılov vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Naxçıvandakı mənbələrdən məlumat daxil olub. Lakin hələ ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamı elan olunmayıb.

Ə.İsmayılov sözügedən vəzifəni 2011-ci ildən tutub. Buna qədər o bizneslə məşğul olub və qısa müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Xarici Əlaqələr şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

“AzPolitika.info”
Geri qayıt