Sabirabadın icra başçısının İSTEFASI İSTƏNİLDİ - NARAZILIQ VAR!

Onların narazı olmasına səbəbi icra hakimiyyətinin onların problemlərini dinləməməsi, rayonun vətən savaşı dönəmində və sonrakı illərdə şəhid ailəsinə, qazilərə verilməli olan maddi yardımların mənimsənildiyi, hələ də sosial problemlərinin həll edilməməsidir.
İcra hakimiyyətinə şikayətə gedən şəhid, qazi,əsgər ailələrini heç kim qəbul etmir, başçı müxtəlif bəhanələrlə onlarla görüşməkdən imtina edir.
Qalaqayın kənd sakinləri deyib ki, yerli məmurlar tərəfindən insanlarımıza olan nifrət müqayisə edilməzdir. Kənd sakini dediyinə görə” sonuncu dəfə icra hakimiyyətinə getdik, başçının müavini H.Həsənov mənə nalayiq sözlər deyərək bas bayıra söylədi, bu özbaşınalığa dözməliyik bizlər…” //teref.az//