Goranboy icra hakimiyyətinin ŞÜBHƏLİ TENDERİ... - TƏFƏRRÜAT

Xalqxeber.az-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "GÖYGÖL TİKİNTİ" MMC olub. Tərəflər arasında 364.774,29 AZN-lik müqavilə imzalanıb.
Tenderə əsasən Bort daşlarının sökülməsi: beton əsas üzərində, Çalovunun tutumu 0,5 m3-ə qədər olan ekskavatorla yüklənən inşaat tullantısı: Yükləmə, Özüboşaldan avtomobil Kamaz 66115,2011 15t daşınma məsafəsi, İnşaat işləri üçün təbii qum (210 m(3)), Yonma daşdan üzlüklərin sökülməsi və.s kimi işlər görülməlidir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "GÖYGÖL TİKİNTİ" MMC-nin qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.
Xatırladaq ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir.