“Zəhra, bağışla ki, mən səni tanımırdım...” - Leyla Əliyeva

“Zəhra, bağışla ki, mən səni tanımırdım...” - Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.

xalqxeber.az xəbər verir ki, o, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb. Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.

Rus dilində yazılan şeiri L.Əliyeva “Zəhra haqda xatirə” adlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib - “Səni niyə öldürdülər?”, “2 yaşında sənin günahın nədir?”, “Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?”, “Bizim evimizə bu boyda kədəri kim saldı?”.

Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”.
“Zəhra, bağışla ki, mən səni tanımırdım...” - Leyla Əliyeva
“Zəhra, bağışla ki, mən səni tanımırdım...” - Leyla Əliyeva
Geri qayıt