Ədalət Həsənov Prezident Aparatının da mövqeyini nəzərə almadan SƏHİYYƏDƏ GÜLÜNC vəziyyəti niyə yaradır?

Ədalət Həsənov Prezident Aparatının da mövqeyini nəzərə almadan SƏHİYYƏDƏ GÜLÜNC vəziyyəti niyə yaradır? Cəlilabad rayonu, Zərbiəlli kənd sakini Əsədov Əyyub Saroğlan oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikası Səhiyyə naziri cənab Teymur Musayevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Baş direktoru Ədalət Həsənova müraciət ünvanlayıb.Bir nüxsəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:Cənab Ali Baş Komandan sualların cavablandırılması və obyektiv rəy verilməsilə bağlı iyirmi birinci dəfədir ki,aidiyyatı qurumlara müraciət edirəm. Bildirirəm ki, davamlı şikayətlərim qardasım Əsədov Sabirin cinayət işilə bağlı ölmüş şəxs Əsədova Gülgəz Hidayət qızının barəsində Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsində qanunsuz və əsassız rəy verilməsilə bağlıdır.
         Şikayətimə cavab verilməsilə bağlı cənab Prezident İlham Əliyevin dövlət orqanlarında vəzifəli şəxslərin vətəndaş süründürməçiliyinə son qoyulması ilə bağlı Fərman və Sərəncamlarının, habelə dövlət orqanlarında “Kargüzarlığın aparılması ilə bağlı Təlimat” ın qaydalarının ciddi pozuntuları ilə müşayitə olunan  qanun pozuntuları aşağıdakılardan ibarətdir:
  Birinci pozuntu ondan ibarətdir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsində ekspert rəyinə anlayış verilərkən birbasa olaraq qeyd edilir ki, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.
Həmin Qanunun 25-ci maddəsinin II bəndinin tələbinə görə də məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar verə bilərlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 37 saylı 19 avqust 2020-ci il tarixli qəararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 2.19-cu bındinə əsasən də məhkəmə-tibb eksperti qarşısına qoyulan suallardan əlavə, səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş, ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməyə haqlıdır.
Bu Əsasnamənin 2.26-cı bəndinə əsasən də məhkəmə-tibb ekspertizasının gedişində ekspert qarşısında qoyulmuş və ya şəxsən onun lazım bildiyi və qərarda göstərilməmiş suallara cavab verməkdən ötrü məhkəmə-tibbi laborator müayinələrinin keçirilməsinə zərurət yaranarsa, o, təhqiqat və ya istintaq orqanlarının qərarı, yazılı təklifi və köməkliyi əsasında zəruri obyektləri ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrinə göndərir. Bu zaman ekspert tərtib etdiyi müvafiq göndəriş vərəqələrində işin qısa məzmununu, ekspertiza gedişində aşkar edilmiş obyektiv məlumatları və laborator müayinələrin məqsədini göstərir.
Bu Əsasnamənin 2.37-ci bəndinin tələbinə əsasən də ekspert tərtib etdiyi rəyə onun səlahiyyətlərinə daxil olan, lakin haqqında sual qoyulmamış hallar (xüsusatlar) üzrə də nəticəyə gələ bilər.
  Yuxarıda qeyd edilən Qanunun və Əsasnamənin imperativ qaydada ekspertizanın proses iştirakçılarının suallarına cavab verməli olduğu halda görəsən “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənov da bu müraciətlərə 01 iyun 2023-cü il tarixli 2236 saylı şablon xarakterli cavab məktubu ilə “İstintaq və məhkəmə orqanına müraciət etməyi”  niyə və hansı Qanuna əsaslanaraq bizə tövsiyyə edir ?  “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-12-ci maddələrinin tələbini nəızərə almadan, şikayətlərimi şikayət olunan orqana, yəni Patoloji Anatomiya birliyinə göndərilir. Yuxarıda qeyd edilən Qanun isə şikayət olunan orqana şikayəti göndərməyi qadağan edir.
       Görəsən bu qədər etdiyim şikayətlər araşdırılmaq əvəzinə Yuxarıda qeyd edilən Ölkə prezidentinin süründürməçiliyə son qoyulması ilə bağlı Fərmanları, Qanunlar və digər normativ aktlar pozulması ilə Səhiyyə Nazirliyi ekspertizanın qərarında olan ciddi pozuntuları niyə araşdırmır ?
         Göründüyü kimi bunlar mənim şikayətlərimi bağlamaq xətrinə edilib.
         Yuxarıda qeyd edilən Qanunun sadalanan normalarına əsasən Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun 18 gün sonra ayaq sınmasının ölümlə əlaqəsi olmamasına dair suallara cavab verilməsi hüququmdan və vəkilin bu hüquqdan istidafə edərək sual verdiyi halda bu sualların cavablandırılması əvəzinə “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənovun 01 iyun 2023-cü il tarixli 2236 saylı cavab məktubu ilə ekspertizanın nəticəsi bizi qane etmirsə istintaq orqanına müraciət etməyimizi tövsiyyə edərək yuxarıda qeyd edilən Qanunların tələbi niyə pozulur ?
         Necə olur  ki, Səhiyyə Nazirliyinin 3 qurumu - Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun 18 gün sonra ayaq sınmasının ölümlə əlaqəsi olmamasına dair nəticəyə gəldiyi halda, Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin T 166 saylı, Keş 142 saylı rəylərində ayaq sınmasından 18 gün sonra insan ölməsini ölümlə səbəbli əlaqə kimi göstərilir ?
         Səhiyyə Nazirliyində bu halla bağlı ayrı fikirlərin olmasını Səhiyyədə işin düzgün təşkil olunmaması kimi qiymətləndirək, yoxsa Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin müstəqil və aşağıda qeyd edəcəyim Əsasnamənin tələblərinin pozulmasına görə özbaşınalıq kimi ?
             Səhiyyədə bu gülünc vəziyyət niyə yaradılır ?
          Hörmətli cənab Nazir,
          Diqqətinizə aşağıda qeyd edəcəyim bəndlərdə həm Səhiyyə Nazirliyinin təsdiq etdiyi Əsasnamənin və Digər Qanun pozuntuları ilə müşayiət olunan, günahsız yerə şəxsin cəza almasına səbəb olmuş ekspert rəyindəki pozuntuları xüsusilə nəzər yetirməyinizi və yenidən rəy verilərkən bu aşağıdakı faktların və qoyulmuş sualların yuxarıda qeyd etdiyim Qanunun tələblərinə əsasən məcburən də olsa Ekspertiza Mərkəzi tərəfindən nəzərə alınmaqla bizə cavab verilməsini və araşdırılmasını xahiş edirəm :
 1) Birinci sual olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 37 saylı 19 avqust 2020-ci il tarixli qəararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 3.8-ci bəndinə görə nəticə ekspertiza prosesində işin ekspert təhlili və tibb elminin məlumatları əsasında müəyyənləşdirilmiş obyektiv məlumatlar üzərində qurulur. Göstərilən obyektiv məlumatlar protokolun giriş və tədqiqi hissələrindən əldə edilir.
Bu Əsasnamənin 3.9-cu bəndinə görə isə nəticə ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər istifadə edilməməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.
Bu Əsasnamənin 3.37-ci bəndinə əsasən hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.
         “Elmi – Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxsinin 06 iyul 2023-cü il tarixli 3-28-9/2-526/2023 saylı cavab məktubunun 1-ci bəndinin D) yarımbəndindən və 2-ci bəndindən göründüyü kimi ağır ürək-damar xəstəliyi olan şəxslərdə,
8.    “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci və 25-ci maddəsinə əsasən məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.
          Bu hüquqdan istifadə edərək suallara cavab verilməsi əvəzinə “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənovun 01 iyun 2023-cü il tarixli 2236 saylı cavab məktubu ilə ekspertizanın nəticəsi bizi qane etmirsə istintaq orqanına müraciət etməyimizi tövsiyyə edərək yuxarıda qeyd edilən Qanunun tələbi pozulur.
         Bundan başqa “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da ekspert  öz rəyində göstərə bilər.
          “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələbinə görə isə meyit üzərində tədqiqatın aparılması ilə əlaqədar tərəflər sübut təqdim etmək hüuüundan istifadə edə bilərlər.
            Yuxarıda qeyd edilən Qanunun tələbinə uyğun olaraq digər mütəxəssis rəylərini  ( Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun 18 gün sonra ayaq sınmasının ölümlə əlaqəsi olmamasına dair) sübut kimi “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinə göndərməyimə baxmayaraq, təqdim olunmuş sənədlərə və sübutlara əsasən qeyd edilən sualların cavablandırılması mümkün olduğu halda cavablandırılmadı.
İş materiallarında olan və bu müraciətə əlavə etdiyim Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsinin 35 nömrəli 22 fevral 2023-cü il tarixli rəyindən görünür ki,  sınıq müalicə protokolunda qandurulaşdırıcı dərmanlardan istifadə olunmalı idi. Qandurulaşdırıcı dərman istifadə olunubmu ?
Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyində bu sualın da cavabını tapmaq mümkün deyil.
12. Ekspert rəyinin nəticə hissəsinin 6.9-cu bəndindən görünür ki, göstərilmiş ambulator tibbi xidmətlə bağlı sənəd tərtib edilməli olduğu halda Biləsuvar MRX-da həkim tərəfindən tərtib edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 70 saylı əmrinin təlimat qaydaları pozulmuşdur.
Bununla belə bu rəydə qeyd edilir ki, Səhiyyə Nazirliyinin 70 saylı əmrinin təlimat qaydaları pozulduğu halda həkim düzgün müalicə apardığını ekspertiza necə Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyində göstərir. Müalicə aparılmasının qeydiyyatı olmadığı halda ekspert Komissiyası bunu necə müəyyən edir ki müalicə düzgün aparılıb ?
 Müalicə aparıbsa bunu əks etdirən hər hansı sübut varmı ?
14.         Həkim Komissiyası Hiperoniya ft ıı baza, qan damar xəstəliyindən əziyyət çəkdiyinə görə II qrup əlil olmaqla pensiya alması və bu səbəbdən də zərbə vurulmasa belə bu tipli xəstələrin ölə bilməsinin mümkünlüyü nəzərə almışdırmı ?
          Yuxarıda qeyd edilənlərə əsasən bu ərizəmdə qoyulmuş sualların cavablandırılmasını, “Milli Hematologiya və Transfüziologiya Mərkəzi” Publik hüquqi şəxsinin 25 iyun 2023-cü il tarixli 3-28-5/2/06623 saylı cavab məktubunun, “Elmi – Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxsinin 06 iyul 2023-cü il tarixli 3-28-9/2-526/2023 saylı cavab məktubunun, habelə  “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsinin 22 fevral 2023-cü il tarixli 55 saylı cavab məktubunun nəzərə alınmaqla komisyon tibbi ekspertizası tərəfindən Əsasnamədə göstərilən qaydada düzgün rəy verilməsinə nəzarət edilməsini, “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənovun 01 iyun 2023-cü il tarixli 2236 saylı cavab məktubunun yuxarıda edildiyi kimi qanunun tələblərinə uyğun olmadığını nəzərə alaraq qanunsuz cavablara son qoyulmasını, yuxarıda qeyd etdiyim 16 əsaslandırılmış və qanuna istinad edilmiş yuxarıda qoyulan sualların rəsmi olaraq cavablandırılmasını,  qanuna əsaslanan rəy verilməsini xahiş edirəm.

Mediatv.az
Geri qayıt