Masallıda TƏHLÜKƏLİ SƏFƏRBƏRLİK... - VİDEO

Amma buna baxmayaq ölümlə çarpışan anaya baxan tək oğlu aprel ayında gəlib zorla maşına mindirib apardılar hərbi xidmətə. Anaya baxacaq başqa övlad da yoxdur. Hal-hazırda ananın sağlamlıq durumu ağırdır, ona baxan və qəyumluğda yoxdur.
Belə halda qanunvercilik övladın hərbi xidmətə aparılmasına möhlət hüququ verir amma Masallı rayon hərbi komissarlığı bu qanunları saya salmadı, bilərəkdən uşaqı daha ağır cəbhə bölgəsinə göndərdilər. Ölümcül vəziyyətdə olan ana dəfələrlə Masallı rayon hərbi komisarı Vüsal Şirinova dəfələrlə müraciət etməsinə baxmayaraq onu da saya salan olmayıb, heç veclərinədə deyil!
Bir ananın övladını 3200 metr yüksəklikdə dağın başına qaldırırlar amma övlad barədə anaya bir məlumat vermirlər, hansı ki, ana birinci qrup əlildir, özünü belə idarə edə bilmir. Azərbaycan qadınına bu qədər hörmətsizlik olar? sonda Abışov Faiq ölkə başçısı və digər adiyyəti qurumlardan kömək istəyib.
Xalqxeber.az "Azərbaycan Reallığı"na istinadla sözügedən video-şikayəti oxuculara təqdim edir:
Yazıda və videoda adı çəkilən hər kəsin mövqeyini dnləməyə hazırıq...