"Binəqədi icra hakimiyyətinin rəsmiləri məndən 1500 manat istəyir...." - GİLEY

Elektron qrafikalı saycda beşinci olan Elnur Əhmədov Rayon İH- nin binasının vətəndaşlar üçün ayrılmış foyesində gözlədikdən sonra nəhayət, qəbul edildi. Lakin qəbul zamanı oradakı müzakirələr zamanı medianın bunları müşahidə etməməsi üçün bizə şərait yaradılmayaraq icazə vermədilər. Və bu da artıq bir daha başa düşülən idi. Çünki görüş zamanı müzakirədə vətəndaşı incidən, şikayət xarakterli müsahibədə adı keçən Orxan və Elnur adlı əməkdaşların yersiz pul tələb etmələrindən vizual debat baş tutacaq idi. RİH rəsmisi vıə MEDİA İLƏ İŞ QURMAQ VƏZİFƏSİ OLAN Leyla xanıma bütün bu xatırlatmaları İcra hakimiyyəti binasına daxil olarkən qapı ağzındakı qəbul şöbəsindən telefon rabitəsi zamanı bildirsəm dı o, məsələni həlledilməz etdi. Nəticədə peşə fəaliyyətimizə açıq şəkildə mane olundu. Hətta vətəndaşın pozulmuş hüququ ilə bağlı rayon icra hakimiyyətində nə hüquqşünas ştatında yer alan məsul şəxsi, nə də Təsərrüfat şöbəsinin rəisi Azər müəllimi belə bu məsələnin müzakirəsinə cəlb eləmədilər. Yalnız şikayətçinin Binəqədi İcra Hakimiyyətinin Başçısı Elxan Allahverdiyevin müavini Hacıbaba Rzayevin qəbuluna düşərək bu problemi danışmağına razı oldular.
XXX
Görüşdən sonra bizə açıqlamasını bildirən Elnur Əhmədov bunları dedi: "...Hacıbaba Rzayev mənim sənədlərimə baxıb "Çıxarış sənədini niyə gedib almırsan?" deyə soruşdu... Mən isə dedim ki, məni işçiləriniz neçə vaxtdır süründürürlər, istədikləri məbləğə gücüm çatmır."
Daha sonra Elnur Əhmədov Rİh-dən, sadəcə, sözügedən əraziyə bir daha müvafiq baxış keçirəcəklərini xatırlatmaqla görüşü bitiriblər.
İnanırıq ki, bu ictimailəşmədən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd olunan bu məsələnin müsbət həlli istiqamətində tədbir görülməsi üçün aidiyyəti üzrə ciddi tapşırıqlarını verəcəkdir.
Mövzuya qayıdılacaq və şikayətin araşdırılması nəzarətimizdədir.
XƏYYAM QURBANLI //tezadlar.az//