Qəbələ təhsilində Məhəbbət Rüstəmova bəlası - ŞİKAYƏT

Qəbələ təhsilində Məhəbbət Rüstəmova bəlası - ŞİKAYƏT Gənclərin inkişafına töhfə vermək və onlara yol açmaq hər bir şəxsin borcudur.

Lakin pensiya yaşına çatan və hətta bu yaşı ötən bəzi şəxslər var ki, gənclərə yol açmaq yerinə bəzi üsullarla vəzifədə qalmağa çalışırlar. Bu şəxslərdən biri də Qəbələ rayon 1 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Rüstəmovadır.

O, pensiya yaşına çatmasına baxmayaraq, məktəb direktoru olaraq fəaliiyətini davam etdiririr.
Məhəbbət Rüstəmova vəzifədə qalmaq üçün bir il Qəbələ təhsil şöbəsi ilə, daha sonra əlavə olaraq bir il Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə müqavilə bağlayıb, vəzifədə qalmağa müvəffəq olub.

Bu şəxs o qədər mühüm bir şəxsdir ki, təhsil idarəsi 2 ildir müqavilə bağlamağa məcbur olur?

Əldə edilən digər informasiyaya görə, bütün gəlir işlərində Məhəbbət Rüstəmova Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova ilə əlbirdir.
Digər bir məlumata əsasən isə, direktorun yüksək vəzifədə fəaliyyət göstərən qohumu var. Alınan informasiyaya görə, direktorun 2 ildir müqavilə bağlayaraq fəaliyyət göstərməsində həmin vəzifəli şəxsin rolu böyükdür.

TehsilMedia.az-a daxil olan digər bir məlumata əsasən, həmin məktəbin direktoru Məhəbbət Rüstəmova 2022-ci ilə qədər sinif otaqlarını repetitor müəllimlərə, kurslara 300-500 manat müqabilində icarəyə verib və ödənişli olaraq başqa şagirdləri buraya cəlb edib. Məhəbbət Rüstəmova tutduğu vəzifədən sui-istifadə edərək məktəbi öz biznesi kimi idarə edir.

Sözügedən faktlarla bağlı Qəbələ rayon 1 nömrəli məktəbin direktoru Məhəbbət Rüstəmova ilə əlaqə saxladıq.
O, işdə qalıb işləməyinin səbəbinin məktəbin uğurlu nəticələri ilə bağlı olduğunu dedi və bu məlumatların həqiqətə uyğun olmadığını söylədi.

P.S. Qeyd edək ki, məktəbdə yuxarı sinif şagirdlərinin əksəriyyəti dərslərdə iştirak etmir.
Bu da ondan xəbər verir ki, Məhəbbət Rüstəmova pul qarşılığında razılıq verir.
Mövzuya qayıdacağıq…
Qarşı tərəfin mövqe haqqını yenidən tanıyırıq.//siam.az
Geri qayıt