Qarabağ qazisi: “Sinan Oğana qarşı aqressiv münasibət göstərənlər Ərdoğanın düşmənlərinin təsirindədirlər”

Qarabağ qazisi: “Sinan Oğana qarşı aqressiv münasibət göstərənlər Ərdoğanın düşmənlərinin təsirindədirlər”
Qarabağ qazisi: “Sinan Oğana qarşı aqressiv münasibət göstərənlər Ərdoğanın düşmənlərinin təsirindədirlər”

“Sinan Oğana qarşı aqressiv münasibət göstərənlər Ərdoğanın düşmənlərinin təsiri altına düşənlərdir”.

Bunu “Report”a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu deyib.

O, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu xatırladıb. Qarabağ qazisi qeyd edib ki, bunun isə başlıca səbəbkarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır:

“90-cı illərdəki münasibətlə bugünkü münasibət arasında yerlə-göy qədər fərq var. Bunu hər kəs yaxşı görür. Biz heç bir namizədə düşmən deyilik. Sadəcə ədalətli qərar verilməsinin tərəfdarıyıq”.

R.Kərimoğlu bildirib ki, Sinan Oğanın hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsində qeyri-adi heç nə yoxdur:

“Onun çıxışını izlədim və fikirlərini, mövqeyini dəstəkləyirəm. Heç kəsin iradəsinə qarşı getmək olmaz. Lakin küyə düşüb başqalarının ardınca getməyə gərək yoxdur. Rəcəb Tayyib Ərdoğan demokratik liderdir. Türkiyədəki seçkinin birinci turu da bu ölkədə demokratik mühitin göstəricisi idi. Sinan Oğana qarşı kampaniya aparılmasına görə təəssüf edirəm”.

Qarabağ qazisi söyləyib ki, hazırda bütün dünya - bir ayağı ABŞ, Avropa və “soros”çular, digər ayağı isə Yunanıstan, Ermənistan və fars rejimi olmaqla Ərdoğana qarşı birləşib:

“Bunların təsirinin altında olan insanların böyük əksəriyyəti Sinan Oğana qarşı aqressiv münasibət sərgiləyirlər. Onlar Ərdoğan adı ilə əslində haqqın, ədalətin üstünə yeriyirlər. Lakin hesab edirəm ki, ədalət yenidən bərqərar olacaq və Rəcəb Tayyib Ərdoğan prezident seçkisində qalib gələcək”.
Geri qayıt