Zakir Fərəcov 50 min manata qanunu satın alır?

Zakir Fərəcov 50 min manata qanunu satın alır? Sumqayıtda iş adamlarının milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ölkə mediasında geniş bəhs olunub. İki ilə yaxındır ki, şəhər icra başçısı Zakir Fərəcovun haqsız təzyiqləri ilə üzləşən onlarla iş adamının müraciətlərinə baxan yoxdur. İcra başçısı haqqını tələb edən insanları polisin əli ilə işgəncələr məruz qoymaqda davam edir. Sumqayıtda haqqını tələb edənlər şəhərdə yaşamaqdan məhrum edilir. Zakir Fərəcov qoçuları və Adil Xudadatov kimi yaxınlarının əli ilə aldatdığı iş adamlarına həmişə vədlər versədə sözünə əməl etməyib. Verdiyi vədləri pozan icra başçısı sahibkarları hədələməkdə davam edir.
Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar , eləcə də işlərin icrasını həyata keçirən iş adamları və fəhlələrin bir qismi dəfələrlə Prezident Adminstrasiyası önündə toplaşıblar. Onlar Baş prokurorun və digər səlahiyyət sahiblərinin qəbulunda olublar. Ölkə rəhbərliyi Zakir Fərəcova iş adamlarına olan borcu qaytarmağı tapşırsa da icra başçısı verilən tapşırıqlara məhəl qoymur. İş adamları ilə görüş zamanı pulları qaytaracağını bildirsədə bir müddət keçəndən sonra verdiyi sözə əməl etməkdən boyun qaçıran Fərəcovun milyonlarla dövlət vəsaitini mənimsəməsi etirazlara səbəb olub. İcra başçısı Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması üçün iş adamlarından aldığı vəsaiti mənimsəyəndən sonra dövlətin ayırdığı vəsaitləri də oğurlamağı bacarıb. Belə ki, iş adamlarının 12 milyon manat borcunu qaytarmaq əvəzinə dövlətin ayırdığı pulu bacısı oğlunun adına açdığı MMC-yə köçürərək “yox” edə bilib.
İş adamlarının milyonlarla vəsaitini qaytarmaqdan imtina edən icra başçısı onların susması üçün bütün qanunsuz vasitələrə əl atır. Bu günlərdə iş adamlarını qəbul edən icra başçısı açıq şəkildə onlara birldirib ki ” 50 min manat verib hamınızı həbs etdirərəm”

Cumhuriyyet.net
Geri qayıt