Abşeronda Heydər Əliyevə həsr olunmuş konsert keçirildi - FOTOLAR/VİDEO

Abşeronda Heydər Əliyevə həsr olunmuş konsert keçirildi - FOTOLAR/VİDEO
Abşeron rayonuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib. 

Xalqxeber.az xəbər verir ki, Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda baş tutan konsertdə şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Ölkəmizin tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış etdiyi və sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatıb. 
 


Geri qayıt