Videosunu yayan şəxsi tapıb hədə-qorxu gəldi: "Sənin boynun qoltuqaltı görməyib" - VİDEO

Videosunu yayan şəxsi tapıb hədə-qorxu gəldi: "Sənin boynun qoltuqaltı görməyib" - VİDEO Bir neçə gün öncə paytaxtın Həsən Məcidov küçəsində dayanma-durma qaydasını pozaraq yolda tıxac yaradan sürücülərin videolarını dərc etmişdik. Həmin avtomobillərdən biri olan 10-AZ-910 qeydiyyat nişanlı “Chrysler” markalı avtomobilin sürücüsü videonu qeydə alan şəxsi taparaq onunla mübahisə etməyə başlayıb. Onların dialoqu yenidən kameraya düşüb: “Sən məni lap populyar etmisən. Niyə ictimailəşdirisiniz”? – deyərək irad bildirib. Videonu çəkən şəxs isə ictimai mövqeyini bildirərək öz fikrini deyib. Qayda pozan sürücü sonradan “Sənin kim olduğun artıq bəllidir. Sadəcə sənin boynun qoltuqaltı görməyib, sıxarlar səni” – deyərək hədə-qoru gəlməyə başlayıb.

Sözügedən videonu təqdim edirik:
My Webpage
Avtosfer.az

Geri qayıt