Uşağınızın məktəbdə hansı dildə təhsil almasını istərdiniz? - Fikirlər haçalandı - VİDEO

Uşağınızın məktəbdə hansı dildə təhsil almasını istərdiniz? - Fikirlər haçalandı - VİDEO “Uşağınızın məktəbdə hansı dildə təhsil almasını istərdiniz?”.

Baku TV-nin əməkdaşı bu sualla paytaxt sakinləri arasında kiçik sorğu keçirib.

Sakinlərdən birinin sözlərinə görə, dilin heç bir fərqi yoxdur: “Uşaq nə qədər çox dil bilsə, bir o qədər xeyirdir. Oğlum Azərbaycan sektorunda oxuyur”.

Digər sakin isə hesab edir ki, öz ana dilində səlis, normal bilməyən gələcəkdə normal şəxsiyyət ola bilməz: “Bu baxımdan istərdim ki, övladlarım, müasir gənclər Azərbaycan dilində təhsil alsınlar”.

Daha ətraflı Baku TV-nin süjetində:
Geri qayıt