Daha bir korrupsiya qoxulu layihə

Arqument.az xəbər verir ki, bunu iqtisadçı Toğrul Maşallı bildirib.
O qeyd edib ki, müqavilənin dəyəri 53 milyon 997 min 131,1 AZN təşkil edib: “Müqavilənin bitmə tarixi isə 2025-ci ilin 30 iyunu göstərilib”.
2023-cü ilin aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Qəbələ rayonunda Yengicə su anbarının tikilməsi qərara alınıb.
Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin edilməsi tapşırığı verilib.
“Sual: o zaman 2022-ci ilin noyabrın 21-də imzalanmış müqavilə nə idi?”, – deyə ekspert bildirib.
Arqument.az