İnam Kərimovdan sonra KTN TƏFTİŞ OLUNUR... - NƏ BAŞ VERİR?

İnam Kərimovdan sonra KTN TƏFTİŞ OLUNUR... - NƏ BAŞ VERİR? Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyində(AXA) Hesablama Palatasının 7-8 nəfərdən ibarət ən peşəkar təftişçilərinin yoxlama apardığı barədə məlumat vermişdik.

Yoxlamanın fevral ayının 6-dan başladığını aprel ayını da əhatə edəcəyini,təftiş olunan sahələrə dair hər hansı güzəştin edilməyəcəyi ehtimalını vurğulamışdıq.

Mənbə bildirir ki,Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yoxlama qrupu KTN-ə tabeli qrum "Aqroservis"ASC-də mart ayının sonundan yoxlamalara başlayıb.Yoxlama qrupunun ilkin olaraq gübrə şöbəsini yoxladığı,hazırda isə mühasibatlıq və digər istiqamətləri təftiş etdikləri qeyd edilir.

 //Faktinfo.az//
Geri qayıt