Türkiyə Finlandiyanın NATO-ya qəbuluna razılıq verdi

Türkiyə Finlandiyanın NATO-ya qəbuluna razılıq verdi  
Türkiyə Böyük Millət Məclisi mart ayının 31-də Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.

Bu bardə parlament sədrinin müavini Heydər Akar səsvermənin nəticələrini açıqlayarkən bildirib. 

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması haqqında protokolun ratifikasiyası üçün yetərsay - 276 səslə qəbul edilib. 

Türkiyə alyansın sonuncu üzvü olaraq bu məsələyə müsbət rəy verib.



Geri qayıt