Saakaşvili Rusiya agenturası tərəfindən zəhərləndiyini açıqlayıb

Saakaşvili Rusiya agenturası tərəfindən zəhərləndiyini açıqlayıb  
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili ABŞ-nin məşhur “Politico” nəşrinə müsahibə verib.

Müsahibədə 55 yaşlı siyasətçi səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. 

Mixail Saakaşvili bildirib ki, onun həbsxanada zəhərlənməsində Gürcüstanın xüsusi xidmət orqanlarına nüfuz edən rusiyalı agentlərin əli olub.
Lakin Gürcüstanın eks-prezidenti verdiyi açıqlama ilə əlaqədar hər hansı bir sübut təqdim etməyib.


Geri qayıt