Bu küçədən çirkab suları Heyər Əliyev parkına axır - Qazax İcra Hakimiyyəti isə...

Bu küçədən çirkab suları Heyər Əliyev parkına axır - Qazax İcra Hakimiyyəti isə...  
Qazax rayon şəhid Famil Əhmədov adını daşıyan küçənin sakinləri tərəfindən 32gun.az-a şikayət daxil olub.

Sakinlərin şikayətində qeyd edilib ki, 3 il bundan öncə küçəyə su təchizatı və kanalizasiya sistemləri qoşularakən qazıntı işləri aparılıb.

Küçəyə borular döşəndikdən sonra qazılmış yerlər doldurulub və sadədəcə çınqıl, qırmadaş ilə möhkəmləndirilib. Ancaq nədənsə Qazax Rayon İcra Hakimiyyəti asfaltlama işlərini 3 ildir yubadir. Hazırda küçənin asfalt örtüyü bərbəd haldadır.

Sakinlər icra Hakimiyyətinə hər müraciət etdikdə isə plan əsasında işlərin getdiyi yaxın zamanda həmin küçəyə də asfalt örütüyü çəkiləcəyi bildirilib. Lakin vədlərinə 3 ildir əməl edilmir.

Onu da bildirmək lazımdır ki, rayonda "40 pilləkənin üstü" deyə tanınan şəhid Famil Əhmədovun adını daşıyan küçə ümummilli lider Heydər Əliyevin adını parkla üz-üzədir. Yağış zamanı da yığılan sular, digər çirkab suları Heydər Əliyevin adını daşıyan parka doğru axır. Amia.az 
Geri qayıt