100 gün: Baharı Laçın yolunda qarşıladılar

100 gün: Baharı Laçın yolunda qarşıladılar
100 gün: Baharı Laçın yolunda qarşıladılar


Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 99 gündür davam edir. Aksiya iştirakçıları baharı Laçın-Xankəndi yolunda qarşılayıblar.

Hazırda Laçın-Xankəndi yolunda fəallıq müşahidə olunur. 

Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edir.

Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son” və sair şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Xatırladaq ki, ekoloji aksiya ötən ilin dekabrın 12-də başlayıb.
Geri qayıt