Zakir Fərəcovla QHT arasında qalmaqal böyüyür - ÜZVLƏRDƏN AÇIQLAMALAR

Zakir Fərəcovla QHT arasında qalmaqal böyüyür - ÜZVLƏRDƏN AÇIQLAMALAR Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov ilə Sumqayıt şəhərində aktiv  fəaliyyət göstərən və əlliliyi olan şəxslərin birləşdiyi “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi arasında qalmaqal böyüyür. 
 
Dünən Şəhər İcra Hakimiyyətin alt qurumu tərəfindən təşkilata gələn qeyri adekvat və məsuliyyətsiz cavab təşkilat üzvlərini qəzəbləndirib.
 
Təşkilat üzvləri öz etiraz səslərini facebook sosial şəbəkəsində qaldırıblar. Qeyd edək ki, təşkilatın sədri Səbinə Kərimova 6 il müddətində çox çətinliklə icra başçısı Zakir Fərəcovun qəbuluna düşsə də təşkilatın ofis problemi həll edilməyib. Eyni zamanda təşkilata qarşı qeyri adekvat münasibət göstərilir, təşkilatla kommunikasiya qurulmur.
QHT.az təşkilat üzvlərinin reaksiyaların təqdim edir.

Rəfael Quliyev 
İki il bundan əvvəl mən Yusif üçün Sumqayıt icra hakimiyyətinə müraciət etdim. Uşaq məktəbə gedəndə çox əziyyət çəkirdi. 3*10 ya 12 metr məsafə yəni cəmi 30 ya da 36 kv.m məsafəyə asfalt döşəmək lazım idi. Mənimlə danışan şəxsin də adı səhv etmirəmsə elə Hüseyn idi. O, danışanda elə kobud şəkildə danışdı ki, məndə onun kimliyinə şübhə yaratdı. Səbinə xanım yazınızı oxuyanda qətiyyən təccüblənmədim

Xatirə Yusif
Bunların hamısına eyni məktubun kopyaları verilir, bizdə o qədər var ki, bulardan. Yola görə qəbulda olmuşuq 5 il əvvəl, göstəriş verilib ki, gedin düzəldin. Baş üstə deyilib, amma.......5 ildən sora da məktub gəlib ki, balansımız balalayka çalır....
Rzalı Nərmin
Bu nə qədər doğrudur axı? Niyə fiziki məhdudiyyətli şəxslər görüş keçirəndə kafelerde keçirməlidi? Niə yardım paylananda küçədə  paylanmalıdı hə? Bizleəri dilənçi yerinə qoyublar e lap. Bu nə deməkdi? Bu boyda Sumqayıtda bir dənə olsun yer yoxdumu ki, bir verələr yığışaq biz?      
Araz Nuruzadə
İcra hakimiyyəti yer satmağa gələndə həll edir yer almağa gələndə qəşəng pul ver həll edir. Ölkə başçısı Cənab İ.Əliyev Sumqayıtın icra hakimiyyətinə də nəzər yetirsə daha yaxşı olardı. Çünki Cənab Prezident özü qayğıya ehtiyacı olan insanların incidilməməsiylə bağlı göstəriş verib. İcra Hakimiyyəti 10m otaq verməkdə acizdir?

Vəfa Pirməmmədova
Bizlərə yer lazımdır ki, yığılaq iş öyrənək. Evdə qalmaqdan cəmiyyətə inteqrasiya ola bilmirik. Çox xahiş edirəm ki, bizlərə münasib yer təşkil edilsin bezdik evdə məsuliyyətsiz qalmışıq . 
Əli Hümbətov
Bəli bizim yerə ehtiyacımız var bizə yer verin. 
Ceyhun Həsənli
125 nəfər az səs deyil, yığışaq İH-nin qarşısına sözümüzü səsli küylü çatdıraq. 
Müşkinaz Əliyeva
Biz Sumqayıt icra hakimiyyətindən evlər idarəsindən xahiş edirik ki, bizə yer verilsin. və bizim əlillər bir yerdə toplaşa bilək. Çünki təşkilatımızın əlilləri çox aktivdir. Yerimiz olmadığı üçün heç bir iş görə bilmirik.
Vüsalə Nağıyeva
125 nəfərin bir numayəndəsi bizə yer verin. Ən azından bunu edin. Nə olsun ki əlilik. Bizdə bu cəmiyyətin bir nümayəndəsiyik. 
Reyhan İsgəndərli
Çox istərdik Sumqayıt icra hakimiyyəti bizim təşkilatımıza 1 yer ayırsın orada görüşməyimiz üçün. Biz nə vaxta kimi iclaslarımız hansısa yerlərdə keçirməliyik???
Araz Allahverdiyev
Xahiş edirik bizimdə bir yerə yığışıb problemlərimiz həll etmək üçün balacada olsa bir yer versinlər. Yəqin ki aidiyyəti qurumlar ciddi yanaşarlar. 
Fərhad Qasimbəyli
Biz əlilliyi olan şəxslərin müdafiəsinə inteqrasiyasına dəstək ictimai birliyinin üzvləri olaraq Sumqayıt şəhər icra hakimiyyətindən bizə yer ayrılmasını tələb edirik. Çünki bizim evdən çıxıb cəmiyyətə sağlam qoşulmağımız üçün bu vacibdir. Biz cəmiyyətə qoşulmaq istəyirik.
Sahil Cəlilzadə
Bu ölkədə səriştəsiz məmurlara görə dövlətdən istədiyini ancaq mitinq edərək əldə edə bilərsən. Biz də təşkilat olaraq toplaşarıq icranın qarşısına, onda bəlkə anlayarlar nə var nə yox.
İslam Nəsibov
Əsmər qrupun üzvləri və nümayəndələr bizim heç bir yerimiz yoxdur yığışmağa. İclas keçirməyə yerimiz yoxdur. Əziz dövlət qurumları bizim üçün yer versələr çox gözəl olar. xahiş edirik bizim xahişimizi qeydə alasınız. 

Şərabanı Məmmədova
Biz Sumqayıt icra hakimiyyətindən xahiş edirik bizə yer verəsiniz, sizdən istədiyimiz sizin üçün elə də böyük şey deyil. 
Yaradan Əllət
Bizim yerə ehtiyacımız var
Sevda Babazadə
Fiziki məhdudiyyətli övlad anası kimi IH-ddən və Mənzil İstismar İdarəsindən uşaqlarımızın bir yerə toplaşıb problemlərini həll eləmək üçün yer ayırmasını tələb edirik. Bizim heç bir işimizə yaramırlar, heç olmasa yer ayırsınlar özümüz öz problemimizi həll edək.
Vüqar Xəlilov
Xahiş edəndə heç kim kömək etmir ...
Haqqımızı tələb etməliyik ...
Rəşad İmaməliyev
Sumqayıt İcra Hakimiyyəti bu 6 ildə bir əlil təşkilatına bu böyüklüyündə Sumqayıtda yer tapıb verə bilmirse daha orda niyə oturub. Təşkilatımıza olunan bu saymamazlıq bizi dövlətimizdən incik salır və biz buna etiraz edirik.
Zanbaq Gülü
Bəli Bu qədər Boş Boş Gözəl Binalar Tikilir və Altlarında da Mağazalardan Keçilməzdi. Amma Dövlət adına tikilmiş Bir çox binalar var ki, Sadəcə Gözəlliyə yarıyır. İçləri ə boş. Kaş İstifadəyə verilə Şəhərimizdə Gözəl İşlərə imza atıb İnkişaf edə.
Çinarə Süleymanova
Təşkilat üzvü olaraq Sumqayıt şəhər İcra hakimiyyətini şiddətlə qınayıram. Çünki o bizim hisslərimizlə oynayıb. Bizə ümid verib sonra onu ələ salmaq nə Allaha xoş gedər, nə də bəndəyə. Onsuzda bizim şikayətlərə dövlət qurumları baxmır. Biz şikayəti Allaha edirik. Allah onların övladlarını bizim günümüzə qoysun. Qoy görsünlər əlillik nədir.
Azər Babayev
Məmur “qanunları” ilə idarə olunan Azərbaycan reallığı….

Dilarə Əhmədova
Səbinə xanım xahiş edirik bizə şərait yaradın ki, İcranın qarşısında piket keçirdək. Çünki bizim səsimiz çıxmadıqca bunlar bizi ciddiyə almırlar. Biz insanıq və insan kimi yaşamaq, yaratmaq istəyirik. Bizim istəklərimizə hörmət etməlidilər. O, icra başçısı burda niyə oturub? Özü üçün mal dövlət yığmağa ya qohum qardaşına iş verməyə.
 
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Geri qayıt