"Yeni Naftalan Hotel"i sertifikasiyadan keçməyən tibb işçisi çalışdırıb

"Yeni Naftalan Hotel"i sertifikasiyadan keçməyən tibb işçisi çalışdırıb
"Yeni Naftalan Hotel"i sertifikasiyadan keçməyən tibb işçisi çalışdırıb


"Yeni Naftalan Hotel Company” 8 min manata kimi cərimələnə bilər.

Müvafiq qurum tərəfindən aparılan yoxlama zamanı "Yeni Naftalan Hotel Company” MMC-də sertifikasiyadan keçməyən işçilərin praktik tibb və əczaçılıq fəaliyyəti olmadan çalışdığı məlum olub.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsinin pozulmasına görə Naftalan şəhər Məhkəməsinə müraciət edilib. Hakim Ayaz Səlimovun sədrliyi ilə keçiriləcək məhkəmədə fakt təsdiqini taparsa, otel 6 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimov olan "Yeni Naftalan Hotel Company” Azərbaycanda portfelində otellər şəbəkəsinə malik olan "PMD Hospitality” MMC-nin tərkibində fəaliyyət göstərir.Qaynarinfo


Geri qayıt