Ramil Usubov Tacikistana səfərə gedib

Ramil Usubov Tacikistana səfərə gedib Azərbaycanın daxili işlər naziri Ramil Usubov Tacikistana səfərə gedib.
O, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının paytaxt Düşənbədə keçiriləcək növbəti iclasında iştirak edəcək.
Bu gün keçiriləcək iclasda iştrak etmək üçün Tacikistan paytaxtına, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın DİN rəhbərləri də gəlib.
İclasda cinayətkarlıqla mübarizə, əməliyyat-axtarış fəaliyyətinin aktual problemləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdə, həmçinin əvvəllər beynəlxalq terrorçuluq, ekstremizmin digər təzahürləri, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə və digər birgə hüquq-mühafizə tədbirləri üzrə qəbul olunmuş qərarların icrasının gedişatı nəzərdən keçiriləcək.
Geri qayıt