Masallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdi

Masallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdi  
Masallının Sıgincaq kənd sakinlərinin yerli icra qurumlarının yaratdığı özbaşınalıqdan xəbər vermişdik. Bildirmişdik ki, 7 min əhalisi olan Təklə icra nümayəndəliyi və bələdiyyə sədrinin fəaliyyətsizliyi nəticəsində Sığıncaq kəndində mal-qara üçün ayrılmış örüşün yolu zəbt olunub. Kənd sakini Zaidov Asim Eynulla oğlu tərəfindən örüş yolu dəmir hasara alınıb.

Sakinlərin şikayətinə reaksiya verən Masallı Rayon İcra Hakimiyyətindən AzToday.az-a bildirilmişdi ki, əraziyə baxış keçirilib:

“Qeyd etdiyiniz ərazi Təklə kənd inzibati ərazi dairəsinin Sığıncaq kəndin şimal hissəsində yerləşir. Sözügedən əraziyə 21 fevral 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri baxış keçirmiş, örüş sahəsi ilə kəndi ayıran su aparıcı kanalın dəmir hasarla vətəndaş tərəfindən həyətinə salındığı müəyyən edilmişdir. Vətəndaşla maarifləndirici söhbət apırılaraq hasarı söküb ərazinin əvvəlki vəziyyətə gətirməsindən ötrü bir gün vaxt verilmişdir”.

Vətəndaşa hasarı sökməyə bir gün vaxt verən icra hakimiyyətinin məsul şəxsləri üstündən bir həftə keçməsinə baxmayaraq, nəinki problemi həll ediblər, əvəzindəı yeni problemlər yaradıblar. Sakinlər bildirir ki, Asim Zaidov çəkdiyi hasarı sökməyib. Onun özbaşınalığına etiraz edən kənd sakinlərini belə hədələyib. Nümayişkaranə şəçkildə hasarı sökməyəcəyini bildirib. Səbəb kimi də, icra nümayəndəliyinin və bələdiyyənin başqa sakindən pul alıb, örüş yolunu bağlanmasını göstərib.

Maraqlıdır ki, Asim Zaidovun örüş yolunu zəbt etməsinin cəzasız qalması onun qonşularını da bu işə həvəsləndirib. Sakinlərin sözlərinə görə, Mirzəyev Qulamhüseyin adlı sakin də icra nümayəndəsinin maraqlarını təmin etməklə örüş yolunun müəyyən hissəsini zəbt edib. Başqa bir kənd sakinin də yola hasar çəkdiyi bildirilir. Bir sözlə sakinlərin şikayəti bumerang effekti verib. Belə ki, müvafiq qurumların problemi həll etməməsi səbəbindən kəndin örüş yolunun zəbt olunması prosesi sürətlənib.

Sakinlər Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovu kəndə dəvət edib, icra nümayəndəliyinin və bələdiyyənin onlar üçün yaratdıqları problemlərini əyani görməyə səsləyiblər.

Məlumatlara görə, Təklə kənd inzibati ərazi dairəsinə məsul olan şəxslər kəndlərdə torpaqları qazaraq satırlarmış…

Sığıncaq kəndindəki hazırda durumun görüntülərini təqdim edirik:

AzToday.az
Masallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdi


Geri qayıt