Blinken: “Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

Bu sözləri Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.
A.Blinken vurğulayıb ki, Türkiyənin regionda müştərək təhlükəsizlik potensialında yeri çox önəmlidir.
“F-16”lar məsələsinə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da münasibət bildirib. Türkiyəli diplomat konqresdə oturan bəzi senatorların yazdığı məktublardan xəbərdar olduqlarını xatırladıb.
“Əgər biz konqresdə birgə işləyə bilsək, bunun öhdəsindən gələ bilərik. Bu prosesi tez başa çatdırmaq hər iki tərəfin marağındadır”, - deyə Mövlud Çavuşoğlu bildirib.
Mənbə: Haber Global