Xudatda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

Xudatda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var Xudat şəhərində yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

Xalqxeber.az report-a istinadən xəbər verir ki, Gəndab-Yalama yolunun Xudatdan keçən hissəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1986-cı il təvəllüdlü Babayev Araz Rzaqulu oğlu, 1972-ci il təvəllüdlü Əliyev Cabir Əlirza oglu, 1987-ci il təvəlludlü Səlimov Maqsud Vidadi oğlu və 1989-cu il təvəllüdlu İdrisov Rəfail Ramiz oğlu muxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər də ölüb, onların kimliyi dəqiqləşdirilir.


Geri qayıt