Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır

Zəlzələdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı Türkiyənin Bakıdakı səfirliyini ziyarət etmişdir.Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanılıb. Heydər Əliyev Fondundan zəlzələ bölgəsinə yardımlar göndərilmişdir. Elə ilk günlərdən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün qardaş Türkiyəyə yollanmışlar.
Bütün yerli şirkətlər, dövlət qurumları, yerli idarəetmə orqanları, QHT-lər və xalq demək olar ki, bir nəfərə kimi hər kəs Türk xalqına dəstək məqsədi ilə genişmiqyaslı yardım kompaniyasında canla-başla iştirak edir. Sadə xalqın göz yaşı, iç acısı ilə əlindən gələni əsirgəmədən yardımlarını izləmək insanı həm də qürur göz yaşlarına boğur. Prezident İlham Əliyevin dediyi kimi:-"Azərbaycan xalqı könüllü olaraq öz dogma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə varsa gətirir".
Azərbaycan xalqı bu çətin günlərdə qardaş qardaş Türk xalqının acısına şərik olur, dəstəyini əsirgəmir. Üzümüzü tutub Sizə deyirik, əziz qardaşlar:
Eşidincə ata yurdda dəprəmi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dəmimin, hər qəmimin ortağı,
Can qardaşım, qan qardaşım, Türkiyə.
Yaşasın Azərbaycan! Var olsun Türkiyə!
Hər dəmimin, hər qəmimin ortağı,
Can qardaşım, qan qardaşım, Türkiyə.
Yaşasın Azərbaycan! Var olsun Türkiyə!
Xatirə İsmayılova
Şəhid Elçin Həsənlinin anası,
Abşeron RİH yanında İctimai Şuranın sədri