Pakistanda partlayış olub, xəsarət alanlar var

Pakistanda partlayış olub, xəsarət alanlar var  
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyalətinin mərkəzi) partlayış baş verib.

AzadMedia.az"Doon News" telekanalına istinadən xəbər vrir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, insident Kvetta polis qərargahının yaxınlığındakı nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Geri qayıt