Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Geri qayıt