Zakir Həsənov həmsədrlərlə görüşdü

Zakir Həsənov həmsədrlərlə görüşdü Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefani Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

Geri qayıt