Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ELVİN PAŞAYEV VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞMAQDADIR...

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ELVİN PAŞAYEV VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞMAQDADIR...  
Nəzərinizə çatdıraq ki, bir müddət başsız qalan Göygöl Rayon İcra Hakimiyyəti, başsız qaldığı müddətlərdə belə şaiyyələrin yaranması təsadüf olardı. Söhbətin nədən getməsi haqqında açıqlama gətirək.

Belə ki, adıçəkilən Göygöl rayon İcra Hakimiyyətinin başcısı haqqında sosial şəbəkələrdə, və Hürriyyət.az-ın elektron poçtuna daxil olan məlumatlara görə, İcra başcısı Maliyyə Nazirliyinin Göygöl rayon şöbəsidə ciddi maliyyə pozuntularına yol verilməsi haqqında ilkin məlumatlar vardır.

Qeyd olunan rayonun maliyyə şöbəsinin əməkdaşının bildirdiyinə görə İcra başcısı tərəfindən, maliyyə şöbəsinin müdirindən tələb edərək, rayonun Kommunal şöbəsindən, Meliorasiya və su Təsərrüfatı iadarəsindən, Rayonun kənd icra nümayəndələrinə, Yol İdarəsinə (rayonun asfalt çəkilişinə) pul ayrılması və sonradan ayrılan pulları əldə etmək, maliyyə silinməsi haqqında məlumatlar verilibdir.

Xatırladaq ki, bir neçə il bundan öncə həbs olunan İcra Hakimiyyətlərinin başcısı belə hallara gobud yol verdiklərinə görə, azadlıqdan məhrum olunublar. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunurlar.  Digər əldə etdiyimiz məlumatlara görə Göygöl rayon Bələdiyyə şöbəsində rayon ərazisinə və rayonun kəndlərinə məxsus olan torpaqların satışına Bələdiyyə müdiri dolayı yolla çıxarışlar edərək qanun pozuntusu edir. Bununlada  imkanlı şəxslərə bələdiyyə şöbəsinə aid olan pay torpaqları müəyyən yolla rəsmləşdirir. 

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Maliyyə Nazirliyi bu halın Göygöl rayonunda araşdırılmasına başlaması həqiqətləri üzə çıxardar.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Hürriyyət.az
Geri qayıt