Nigar Bayramlının təşkilatı qeydiyyata alındı

Nigar Bayramlının təşkilatı qeydiyyata alındı  
Azərbaycanda yeni ictimai birlik qeydiyyata alınıb.

"Güvən" adlanan təşkilatın sədri tanınmış xeyriyyəçi Nigar Bayramlıdır.

O qeydiyyata alınan təşkilatı haqda deyib:

19 yaşımdan uşaqlarla işləyirəm. Saysız-hesabsız sosial lahiyələri uğurla icra etmişəm. Tam 13 il birlikdəyik, birik və uğurluyuq. Və nə yaxşı ki, əziyyətimiz dövlətimiz tərəfindən qiymətləndirildi. Böyük sevinc hissi ilə elan etmək istərdim ki, "GÜVƏN” artıq İctimai Birlik kimi qeydiyyata alındı. 13 ilin ardı daha möhtəşəm olacaqdır.

Nigar Bayramlı Ədliyyə nazirliyinə də təşəkkür edib:

"Bu günə gədər mənə inanan, dəstək olan hər bir kəsə və Ədliyyə Nazirliyinə öz təşəkkürümü bildirirəm. Hər şey Vətən üçün, hər şey Azərbaycanım üçün".
Geri qayıt