11 saylı CM-də 2 milyonluq yeyinti faktı aşkara çıxarıllıb... - Prezidentə müraciət olundu

11 saylı CM-də 2 milyonluq yeyinti faktı aşkara çıxarıllıb... - Prezidentə müraciət olundu  
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin təsisçiləri B.Abdullayev, M.Səlimov və Ə.Rüstəmov tərəfindən “Hürriyyət” qəzetinin elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, DTX rəisi Əli Nağıyev, Baş prokuror Kamran Əliyevə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Sizin fəaliyyətiniz müddətində korrupsiyaya qarşı apardığınız mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğu, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə çağırış etməyiniz, proqram xarakterli tapşırıqlar və tövsiyyələr verməyiniz bizləri çağrışınıza qoşulmağa sövq etmişdir. Bu amalla da “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi“ İctimai Birliyini təsis etmişşik. Bildiririk ki, İctimai Birliyin təsis sənədlərini qeydiyyatdan keçrmək üçün Ədliyyə Nazirliyinə 4-cü dəfədir təqdim etmişik. Ümid edirik ki, İctimai Birlik tezliklə Ədliyyə naziri cənab Fikrət Məmmədovun təşəbbüsü ilə Qeydiyyat İdarəsi tərəfindən qeydiyyatdan keçriləcəkdir.

Cənab Prezident!

Aidiyyəti dövlət qurumlarına, o cümlədən də Ədliyyə Nazirliyinin rəhbərliyinə israrla bildirmişik ki, İctimai Birliyin qeydiyyatdan keçirilib-keçrilməməsi bizim cənab Prezidentin çağrışına qoşulmağımıza, korrupsioner və rüşvətxor məmurlara qarşı mübarizə aparmağımıza xidmət edir. Odur ki, kimsə İctimai Birliyin fəaliyyətinə maneəçilik törədə və bizləri amalımızdan çəkindirə bilməyəcəkdir.

Amma onu da bildirmişik ki, İctimai Birliyin qeydiyyatdan keçməsinin qarşısını o kəslər ala bilər ki, onlar tutduqları vəzifələrindən, dinindən, dilindən asılı olmayaraq Prezidentin siyasi kursuna qarşı çıxan xəyanətkarlardır. Və biz bu gün də, gələcəkdə də onların xəyanətkar olduqlarını ilk öncə cənab Prezidentə, sonra da bütün ictimayətin diqqətinə çatdıracağıq.

Hörmətli Prezident!

İctimai Birliyin nizamnaməsində qeyd edilmişdir ki, Birliyin məqsədi “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsini” təşkil etmək üçün Ədliyyə Nazirliyinin razılığı əsasında Penitensiar Xidmətin strukturuna daxil olan qurumların iş rejimini pozmadan və birmənalı şəkildə məhkumların pozulmuş hüquqlarını müdafiə etməkdən ibarətdir. Elə bu məqsədlə də İctimai Birlik qarşısına məqsəd qoyduğu ilk gündən, dayanmadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində (CÇM) tüğyan edən körrupsiya və rüşvətxorluq hallarını araşdırmış və bu gün də araşdırmanı davam etdirməkdədir. Eyni zamanda, cəzaçəkmə müəssisələrində korrupsiyanın, rüşvətxorluğun qarşısının alınması, məmur özbaşınalığına son qoyulması və aradan qaldırılması yonümündə bir çox təkliflər hazırlamışdır.

İctimayi Birliyə daxil olan məlumatlar əsasında 11, 6, 2, 17, 15 və 7 saylı cəzaçəkmə müəssisələrində baş verən korrupsiya və rüşvətxorluq halları barədə araşdırmalar aparmışıq.

Ədliyyə Nazirliyinin 11 saylı cəzacəkmə müəssisəsində korrupsiya, rüşvətxorluq halları dözülməz həddə çatmışdır.

Cənab Prezident!

11 saylı cəzaçəkmə müəssisəsində məhkumların hüquqlarının köbudcasına pozulması faktları ilə bağlı müəyyənləşdirdiyimiz aşağıdakı korrupsiya faktlar barədə Sizə məlumat verməyi İctimai Birlik olaraq özümüzə borcu bildik. Hesab edirik ki, məhkumların hüquqlarının pozulmasında əsas səbəb və başlıca faktorun kökündə korrupsiya amili dayanır. Korrupsiya, rüşvətxorluq amilinin kökündə isə, tayfabazlığın, qohumbazlığın dayandığı şübhəsizdir. Bununla da ilk öncə 11 saylı cəzaçəkmə müəssisəsində gündəlik mövcud olan və bu gün də müəssisənin rəisi Şakir Qəniyev tərəfindən davam etdirilən aşağıdakı korrupsiya faktlarını diqqətinizə çatdırırıq.

Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevin hansı tayfabazlardan və hansı qohumbazlardan olması və hansı məsləkə xidmət göstərməsi barədə də gələcəkdə məlumat vermək məsuliyyətini üzərimizdə saxlayırıq.

Aşağıdakı korrupsiya ocaqları (obyektləri) fakt və heç bir subuta ehtiyacı olmayan aksiomadır.

Hörmətli Prezident!

11 saylı cəzaçəkmə müəssisəsində mövcud olan korrupsiya ocaqlarının (obyektlərinin) siyahısını Sizə təqdim edirik. Siyahıda göstərdiyimiz korrupsiya faktları barədə, sıra nömrəsi ilə, gələcəkdə tam təfsilatlı açıqlama verəcəyik. Çünki 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar “təbil siqnalı” çalırlar. 1300-ə yaxın məhkumun taleyi bizləri susmamağa məcbur edir.

Oxu.az - 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirilib

Beləliklə, 11 saylı cəzacəkmə müəssisəsində 1 ayda qanunsuz olaraq yığılan rüşvətin (pulun) məbləği və korrupsiya obyektlərinin SİYAHISI:

1. Qeydiyyat (buraxılış vərəqəsi) vərəqəsi yazan mülki şəxs tərəfindən yığılan pullar – 6 000 manat.

2. Ailə üzləri olmayan kənar şəxslərdən (ailə üzvləri istisna olmaqla) – 9 000 manat.

3. Üst-başa, sovqata görə və axtarış-baxış zamanı yığılan pul - 48.000 manat.

4. Üzbəüz görüş üçün yığılan pullar - 45.000 manat.

5. Görüşə gələnlərə satılan çaydan yığılan pul - 12.000 manat.

6. Karantin adı ilə yığılan pullar - 30.000 manat.

7. Üzunmüddətli (3-günlük) görüşdən yığılan pullar - 15.750 manat.

8. Çarpayı, “kutok” adı ilə yığılan pullar - 9.000 manat.

9. Xolodelnik üçün alınan pullar - 6.500 manat.

10. Xolodelnik+”kutok” adı ilə aylq pullar - 9.500 manat.

11. Dönərxanadan yığılan pullar - 12.000 manat.

12. Maqazin-dükan pulu - 100.000 manat.

13. 1 nömrəli kafedən alınan icarə pulu aylıq - 2.000 manat.

14. 2 nömrəli kafedən alınan icarə pulu - 3.000 manat.

15. 3 nömrəli kafedən alınan icarə pulu - 1.000 manat.

16. Yaşayış massivindəki çayxanadan alınan icarə pulu - 800 manat.

17. Hamamdan yığılan “hamam pulu” - 4.000 manat.

18. Paltar dükanından alınan icarə pulu - 2.500 manat.

19. Danışq məntəqəsindən yığılan telfon pulları - 46.800 manat.

20. Məhkumlardan yığılan aylıq telefon pulu - 30.000 manat.

21. “Besetka” tikmək üçün satılan torpaq pulu - 210.000 manat.

22. Xüsusi şəraitli qtaqlara giriş üçün yığılan pul - 157.5000 manat.

23. Aylıq otaq pulları - 6.300 manat.

24. “Sançast”a giriş üçün ilkin ödəniş pulu - 216.000 manat.

25. “Sançast”da aylıq yığılan pullar - 28.600 manat.

26. İstehsalatda işləyən məhkumlardan icarə pulu - 37.500 manat.

27. İstehsaldan rəisə çatan 60%-lik haqq - 72.000 manat.

28. Məhkumlara ayrılan puldan tutulan 20% “haqq” - 40.000 manat.

29. “Pekarnı pulu” - 21.000 manat.

30. Toyuq, yumurta satışından yığılan pullar - 12.000 manat

31. Bərbərxanadan alınan icarə haqqı - 800 manat.

32. Dərzidən alınan icarə haqqı - 300 manat.

33. Ayaqqabı təmirindən alınan icarə haqqı - 300 manat.

34. Camaşırxanadan alınan icarə haqqı - 3.500 manat.

35. Məhkumun rejiminin dəyişdirilməsinə görə ödənilən pul - 50.000 manat.

36. Cəzasının ¾ hissəsini cəkən məhkumlardan - 200.000 manat.

37. Ekspertiza pulları - 96.000 manat.

38. “Təşəkkürnamə pulları” ayda - 10.000 manat.

39. Xasiyyətnamə pullarə ildə - 100.000 manat.

40. Kars pulları ayda - 60.000 manat.

41. Digər xərclər (kino, su, və sairə) - 28.000 manat.

42. “Vozvrat” satılan çörəyin pulları - 15.750 manat.

Yekun korrupsiyan məbləği: - 1.728.400 manat.

Qeyd: Yuxarıda məlumat verdiyimiz korrupsiya, rüşvətxorluq ocaqları -obyektləri barədə sıralama sayını göstərməklə, əgər bilərəkdən və yaxud da bilməyərəkdən, verilən məlumatlar həqiqəti əkis etdirmirsə, Ədliyyə Nazirliyi tərəfindən TƏKZİB veriləcəyinə inanırıq.

Əlavə faktları da təqdim edəcəyik”.

Hurriyyet.az

Redaksiyadan: Qeyd olunan faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt