Putindən Kadırovun xanımı ilə bağlı fərman

Fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-Nenetsk muxtar bölgəsindən Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.
Qeyd olunub ki, bu ad 10 və daha çox uşağı olan analara verilir. Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.