DTX-nin əməliyyatı zamanı nazir harada olub?

DTX-nin əməliyyatı zamanı nazir harada olub?  
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Xalqxeber.az Unikal.org-a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb.

A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.


Geri qayıt