"AXCP fəalı aliment öhdəliyindən yayındığı üçün tutulub" - DİN

"AXCP fəalı aliment öhdəliyindən yayındığı üçün tutulub" - DİN  
Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddialarına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Unikal"a bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur". / APA 


Geri qayıt