Deputatlar AzTV-ni TƏNQİD ETDİLƏR

Deputatlar AzTV-ni TƏNQİD ETDİLƏR  
Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.

Deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı tənqidi status paylaşıb.

Paylaşımda deyilir: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.

Deputat Etibar Əliyev həmkarının statusuna dəstək verərək, AzTV rəhbərliyinin fəaliyyətindən narazılığını dilə gətirib.

“ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”, - parlamentari şərh bölümündə yazıb.


Geri qayıt