Elçin Sadıqov ev dustaqlığına BURAXILDI
Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.
"Unikal"ın məlumatına görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Sadıqovun şikayəti təmin olunub. O, ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.