Gəncənin BURMA YOLLARI NƏ VAXT ABAD OLACAQ... - PROBLEM
Prezident İlham Əliyevin şəhər və rayon icra hakimiyyəti başçılarını vəzifəyə təyin edəndə, əhalnin sosial problemlərinin həlli və rəhbəri olduqların şəhərin abadlaşması üçün verdiyi tapşırıqları hər kəsə məlumdur.
Amma bu tapşırıqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun əməllərində görünmür. 28 avqust 2018-ci ildə Gəncə şəhərinə təyin olunmuş icra başçısı Niyazi Bayramov daşı-daşın üstünə qoymayıb. Əksinə, iki böyük binanın arasında, məsafə baxımından hər iki binanın sakinlərinin gediş-gəlişinə maneə törədən tikintiyə icazə verərək, vətəndaşların narazılığına səbəb olub.
Bundan başqa, “Mərkəzi Universam” deyilən binanın qarşısında qanunsuz olaraq iki böyük dəmir və şüşədən hazırlanmış ətir, dux, əl çantası satılan parfumeriya mağazası fəaliyyət göstərir. Bu da vətəndaşların rahat hərəkət etməsinə ciddi maneələr törədir. Adı qeyd olunmuş "Mərkəzi Univermaq" və “Universam” deyilən yerlərin ərazisində piyada keçid məntəqəsi vardır, bu piyada keçid məntəqəsində alt paltarlarından tutmuş, meyvə, tərəvəzlərə kimi açıq şəkildə satılır.
Hətta şəhərin mərkəzində piyada keçidinin çıxışlarında peraşki, xəmir yeməyi olan kətə, toyuq qrili satışının aparıldığını, pis qoxuların şəhər əhalisinin böyük narazılığına səbəb olduğunu qeyd edirik.
Bundan başqa, şəhərin mərkəzində yolun hər iki tərəfində olan piyada keçid məntəqəsinin çıxışlarının qarşısında yerə düzülmüş göy-göyərti, meyvə, tərəvəz satışına icazə verilərək, piyadaların gediş-gəlişinə maneələr törədirlər.
Bunları hamı görür, təkcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan başqa. Çünki adı çəkilən mer İcra Hakimiyyətindən çıxıb şəhərdə gəzinti etmir.
Digər problemlərlə birgə xüsusi qeyd edək ki, Gəncə şəhərinin yolları yararsız gündədir, mərkəz deyilən yollardan başqa şəhərin heç də kənarı sayılmayan yolları var ki, yağış yağanda qayıq ilə keçməli olursan. Bir neçə gündür ki, qərb bölgəsində güclü yağışlar yağır. Bununla da yağan yağışlar yollarda sel kimi axın edərək avtomobilərin, piyadaların gedişinə çətinlik yaradırlar.
Yazıda qeyd etdiyimiz problemləri video-lentdən aydın görmək olar. Gəncə şəhərinin müxtəlif küçələrində çəkilən video-görüntüləri sizlərə sübut üçün təqdim edirik.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq… //hurriyyet.az//