Prezident özünə 5 yeni köməkçi təyin etdi - Siyahı

Prezident özünə 5 yeni köməkçi təyin etdi - Siyahı Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Onlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadədir.

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.
Geri qayıt