Qarabağ qazisi 5 gündür 19 saylı poliklinkasının baş həkimini İŞYERİNDƏ TAPA BİLMİR: Aytən Fərhad qızı Qurbanova İŞƏ NİYƏ GƏLMİR?

Qarabağ qazisi 5 gündür 19 saylı poliklinkasının baş həkimini İŞYERİNDƏ TAPA BİLMİR: Aytən Fərhad qızı Qurbanova İŞƏ NİYƏ GƏLMİR?  
Bir neçə gün öncə mediada yayılan məlumata görə 44 günlük Vətən müharibəsində qazi olmuş Hacı Vəliyev ilə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.

Qazi Hacı Vəliyev özü bu barədə facebook sosial şəbəkə hesabında məlumat yayıb.

Qazi Hacı Vəliyev facebook sosial şəbəkə hesabında yazığına görə, qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliknikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib:

“Bir xeyli get-gəldən sonra bildirdilər ki, mən burada qeydiyyatda deyiləm. Onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta burada qeydiyyatda olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar".

Qazi deyir ki, daha sonra baş həkimin qəbulunda olub:

"Baş həkim dedi ki, sən buranın qeydiyyatında deyilsən, sənə kömək edə bilmərik. Yuxarıdakıları dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə arayışı səhv verib. Dedim ki, işçiləri tənbeh edin, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı.

Elə burada da ağrılarım şiddətlənmişdi, tez-tez əlimlə gözlərimi ovuşdururdum. İki dəfə soruşdum ki, niyə gülürsüz? Gülməyə davam edirdi. Mən də dedim şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı".

Yəni söhbətə güc nazirliklərinin əməkdaşları qarışıb, uzun söhbətlər olub və s.

Amma bütün bunlara ehtiyac var idimi..? Qarabağ qazisi soruşur ki, məni təhdid etməyə, hədələməyə nə ehtiyac var idi..? Qarabağ qazisinin dediyinə görə, onları polisə dəvət etsələr də, baş həkim Aytən Qurbanova polisə getməkdən imtina edib.

Qazinin dediyinə görə, baş həkim Aytən Qurbanova keçmiş millət vəkili Fərhad Qəribovun qızıdır:

“Həyat yoldaşı isə keçmiş polis əməkdaşı Qurbanov Vüqar Akif oğludur. Vüqar Qurbanovun əmisi ilə Ziya Məmmədov qudadır”.

Şikayətçilərin dediyinə görə, 19 saylı şəhər poliklinikasının Baş həkimi Qurbanova Aytən Fərhad qızını iş yerində tapmaq mümkün deyil:

"Günün hansı məqamında katibəsindən baş həkimi soruşursan deyir ki, baş həkim nazirlikdə iclasdadır.
Baş həkim heç vaxt yerində tapılmadığı üçün onun bütün işlərini müavini Yeganə xanım həyata keçirir. Digər müavin isə Tərxanımdır. Onun da adı mediada neqativ işlərdə hallanır.

Amma ən əsası odur ki, Baş həkim Aytən Qurbanova özünü güc orqanlarının yaxını kimi qələmə verərək, heç kimi saymır, ümumiyyətlə, işə gəlib getmir. 19 saylı poliklinikanın ən müammalı otağı 10-cu otaqdır.Həmin otaqda vətəndaşlara sağlamlıq haqqında arayış verilir.

Necə və hansı yollarla verildiyini isə,19 saylı şəhər poliklinikasına yaxımlaşıb özünüz görə bilərsiniz. Maraqlısı odur ki,bütün otaqlarda qapının cəftəsi olduğu halda, 10-cu otağın qapısının cəftəsini çıxarıblar!

Kimsə birdən qapını açıb içəriyə nəzər salıb, olanlardan agah olar deyə bu əmələ əl atılıb?

Onu poliklinikada əvəz edən Yeganə xanıma isə hər gün kimsə bahalı güllər göndərir. Bu qadının həkim, yoxsa modelyer olduğunu müəyyən etmək olmur. Qarabağ qaziləri poliklinikanın qapılarında günlərlə gözləməli olur. Sonra da deyirlər ki, Qarabağ qaziləri niyə intihar edir?!"

P. S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gundelik-Baku.com
Geri qayıt