“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Xalqxeber.az-ın məlumatına görə, GundemXeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev-47 ünvanında yaşayan və Qarabağ müharibəsi qazisi olan Veyisov İsmayıl Həbib oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi İsmayıl Veyisov qeyd edir ki, “2010-cu ildən “ARAZ AVİA” MMC-yə məxsus “Binə” Ticarət Mərkəzində yüksək gərginlikli elektrik xətləri üzrə elektrik montyoru vəzifəsinə işə daxil olub, bu yöndə əmək fəaliyyətinə başladım. Qeyd edim ki, 2015-ci ildə iş sahəsində işləyərkən ticarət mərkəzindəki trasformatorda güclü yanğın-partlayış hadisəsi baş verdi və belə bir səbəbdən də, bədənimin müxtəlif nahiyələrindən yanıq xəsarətləri aldım. Hadisə baş verən vaxt “Binə” Ticarət Mərkəzi rəhbərliyinin verdiyi tapşırıq əsasında məni Mərdəkan qəsəbəsində yerləşən, hansı ki, özlərinə məxsus olan “Kəbirə Məmmədova” klinikasına apardılar. Həmin vaxtlarda aidiyyatı dövlət qurumlarına heç bir məlumat vermədən, məni bu klinikada gizli şəkildə müalicə etdilər və baş verən hadisə barədə heç bir dövlət qurumuna məlumat verməməyimi də tapşırdılar. Məlumat verəcəyim təqdirdə isə, məni işdən qovacaqlarını bildirdilər. İşsiz qalacağımdan, eyni zamanda müalicə işlərini öz vəsaitim hesabına davam etdirə bilməyəcəyimdən ehtiyat edib, bu barədə bir kimsəyə nəsə demədim.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları etdiyi çıxışları zamanı şəhid ailələrinin, qazilərin, müharibə veteranların qayğısına qalmağı, onların hüquqlarının müdafiə olunması yöndə hər kəsə lazımi tapşırığını versə də, hər iki hakim “Binə” Ticarət Mərkəzi rəhbərliyinin marağından çıxış etdilər. Mən ədalətin bərqərar olunmasına ümid edərək Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm. Kassasiya şikayətimə Ali Məhkəmənin Mülki Kollegiyasında hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə baxılacaq”.
Bəli, bu Vətən müharibəsi qazisinin harayıdır, pozulmuş hüquqlarının bərpası yöndə apardığı haqq mübarizəsidir. İnanırıq ki, Qaradağ Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində Qarabağ müharibəsi qazisi, 2-ci qrup Qarabağ müharibəsi əlili İsmayıl Veyisovun hüquqları pozulsa da, Ali Məhkəmənin Mülki Kollegiyasında ədalətin bərpası yöndə qərar qəbul olunacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.